Logo
    main-post-cover

    Xiaomi 14T Pro-nun keyfiyyətli render fotosu ortaya çıxıb

    Cihazlar+
    09.09.2024
    Emil
         Xiaomi yaxın zamanda qlobal bazarda Xiaomi 14T smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro. İndi isə internetdə Xiaomi 14T Pro modelinin keyfiyyətli render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən Xiaomi 14T Pro smartfonu yastı ekran dizaynını əldə edəcək. Smartfonun arxa panelində isə kvadrat formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq. Bununla yanaşı görmək olar ki, kamera sahəsinin daxilində Leica yazısı var. Bu isə Xiaomi-nin kameralar mövzusunda Leica şirkəti ilə əməkdaşlığının davam etdirilməsini sübut edir. Son məlumat sızıntılarına əsasən Xiaomi 14T Pro smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq.
    Paylaş