Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
Cihazlar+
28.06.2024
Emil Nəcəfov
Xiaomi şirkəti yaxın zamanda Xiaomi 14T smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 14T Pro olacaq. Məlum olub ki, sözügedən model Tayvanın NBTC adlı agentliyində sertifikatlaşdırmadan keçib. Agentliyin məlumatlar bazasında smartfonun texniki imkanları qeyd edilməyib. Bunun yerinə məlumatlar bazasında qeyd edilib ki, Xiaomi 14T Pro smartfonu 2407FPN8EG model nömrəsinə sahibdir. Bu model nömrəsi isə Camera FV-5 resursunun məlumatlar bazasında aşkar edilib.
Nəticədə Xiaomi 14T Pro-nun əsas arxa kamerasının və ön kamerasının özəllikləri məlum olub. Məlumatlarda smartfonun əsas arxa kamerası 12.6 MP kimi təyin edilib. Lakin bu, piksellərin birləşməsi texnologiyası ilə bağlı ola bilər. Nəticədə smartfonun əsas arxa kamerası 50 MP-lik olmalıdır. Smartfonun ön kamerası qismində isə 8.1 MP qeyd edilib. Lakin bu da onun ön kamerasının real MP göstəricisini əks etdirmir. Qeyd etmək lazımdır ki, Xiaomi 14T Pro smartfonunun yaxın zamanda təqdim olunacaq Redmi K70 Ultra-nın qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
Son məlumat sızıntılarına əsasən Xiaomi şirkətinin növbəti elektromobili krossover olacaq. Bir neçə gün bundan öncə isə şirkətin elektrikli krossoveri Çinin avtomobil yollarında görüldü.
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim etməlidir.
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Məşhur insayder Redmi Note 14 Pro barəsində təfərrüatları təqdim edib
Xiaomi-nin Redmi brendi payız fəslində Redmi Note 14 smartfon seriyasını təqdim etməlidir.
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin növbəti elektromobili avtomobil yollarında görülüb
Xiaomi-nin SU7 adlı ilk elektromobilinin satışa çıxmasından cəmi 2 ay keçməsinə baxmayaraq şirkətin növbəti elektromobili barəsində məlumatlar artıq ortaya çıxıblar.
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Təqdimata hazırlaşan Redmi 13 5G-nin xarici görünüşü və texniki imkanları sızdırılıb
Xiaomi-nin Redmi brendi bu ayın əvvəlində Redmi 13 4G smartfonunu təqdim etmişdi. İndi isə Redmi brendi Redmi 13 5G-nin təqdimatına hazırlaşır.
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub