Logo
    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib

    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    26.07.2024
         Xiaomi-nin yaxın zamanda Xiaomi 14T və 14T Pro smartfonlarını təqdim edəcəyi gözlənilir. İndi isə məlum olub ki, Xiaomi 14T Pro modeli Geekbench testlərindən keçib. Geekbench-in məlumatlar bazası sayəsində məlum olub ki, Xiaomi 14T Pro smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Üstəlik məlum olub ki, bu smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Xiaomi 14T Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 9369 xal, çox nüvəli testi çərçivəsində isə 26083 xal toplayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...