main-post-cover

    Xiaomi 14T smartfon seriyası artıq hazırlanma mərhələsindədir

    Cihazlar+
    06.03.2024
    Emil Nəcəfov
         Xiaomi artıq Xiaomi 14 smartfon seriyasını həm Çin bazarında həm də qlobal bazarda təqdim edib. GSMChina saytının vermiş olduğu məlumata əsasən isə şirkət artıq bu smartfon seriyasının T versiyasını hazırlamağa başlayıb. Söhbət, Xiaomi 14T seriyasından gedir. Məlumatda qeyd edilib ki, şirkət hal-hazırda Xiaomi 14T Pro üzərində çalışır. Heç istisna deyil ki, şirkət tərəfindən həmçinin adi Xiaomi 14T modeli də hazırlanma mərhələsindədir. GSMChina bildirib ki, Xiaomi 14T Pro modeli rothko kod adına sahibdir. Xiaomi 14T Pro-nun texniki göstəriciləri barəsində məlumat olmasa da, bəzi şayiələrə əsasən o, Redmi K70 Ultra-nın kopyası olacaq. Bu isə o deməkdir ki, Xiaomi 14T Pro çox güman ki, MediaTek Dimensity 9300 flaqman prosessoru vasitəsilə çalışacaq. Xiaomi 14T Pro-nun bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi brendi Redmi K80 smartfon seriyası üzərində çalışmağa başlayıb
    redmi-brendi-redmi-k80-smartfon-seriyasi-uzerinde-calismaga-baslayib
    Redmi Note 13R Pro-nun qlobal versiyası POCO X6 Neo-nun real fotosu ortaya çıxıb
    redmi-note-13r-pro-nun-qlobal-versiyasi-poco-x6-neo-nun-real-fotosu-ortaya-cixib
    Xiaomi 15 Pro ən nazik ekran ətrafı çərçivəni əldə edəcək smartfon olacaq
    xiaomi-15-pro-en-nazik-ekran-etrafi-cerciveni-elde-edecek-smartfon-olacaq
    Redmi Note 13 Turbo-nun bəzi təfərrüatları məlum olub
    redmi-note-13-turbo-nun-bezi-teferruatlari-melum-olub
    Xiaomi SU7 elektromobilinin yeni gövdə rənglərində fotoları sızdırılıb
    xiaomi-su7-elektromobilinin-yeni-govde-renglerinde-fotolari-sizdirilib