
Xiaomi 14T smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
13.09.2024
Emil
Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Xiaomi şirkəti sonunda Xiami 14T smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 14T smartfon seriyası 26 sentyabr tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro. Gözləntilərə əsasən Xiaomi 14T modeli 12 GB RAM-ı və 256 GB daxili yaddaş həcmini, Xiaomi 14T Pro modeli isə 12 GB RAM-ı və 512 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı çox güman ki, hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü AMOLED ekranı əldə edəcək. Adi Xiaomi 14T modelinin MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modelinin isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
