Logo
    main-post-cover

    Xiaomi 14T smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    06.08.2024
    Emil
         Xiaomi şirkəti hal-hazırda Xiaomi 14T smartfon seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya adi Xiaomi 14T və Xiaomi 14T Pro daxil olmalıdır. İndi isə məlum olub ki, adi Xiaomi 14T modeli Geekbench testlərindən keçib. Geekbench testlərindən bu yeni smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Bundan əlavə olaraq məlum olub ki, Xiaomi 14T qutudan Android 14 vasitəsilə çalışacaq. Gözləntilərə əsasən smartfon MediaTek Dimensity 8300 Ultra prosessorunu əldə edəcək. Beləliklə Xiaomi 14T smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 4389 xal, çox nüvəli testi çərçivəsində 15043 xal toplayıb. Xiaomi 14T smartfon seriyası yaxın zamanda təqdim oluna bilər.
    Paylaş