Logo
    main-post-cover

    Xiaomi 14T və 14T Pro smartfonları artıq bu ay təqdim oluna bilərlər

    Cihazlar+
    14.08.2024
    Emil
         Görünür, Xiaomi şirkəti qlobal bazarda öz yeni cihazlarını təqdim etməyə hazırlaşır. Belə ki, insayderlərin vermiş olduqları məlumata əsasən şirkət 23 avqust tarixi üçün yeni təqdimat tədbirini keçirtməyi planlaşdırır. Baş tutacaq tədbirdə isə Xiaomi 14T smartfon seriyasının təqdimatı gözlənilir. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasına iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro.
         Son məlumat sızıntılarına əsasən adi Xiaomi 14T modeli MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modeli isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı baş tutacaq tədbirdə qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in qlobal versiyasının təqdimatını da gözləmək olar. Şirkətin bu yeni qatlana bilən smartfonu keçən ay Çində təqdim edilmişdi. Smartfonun Çin bazarında təqdim edilməsindən müəyyən müddət sonra isə onun qlobal bazar üçün hazırlandığı məlumatları ortaya çıxmağa başladı. Üstəlik şirkətin digər yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ün də qlobal versiyasının təqdimatını istisna etmək olmaz.
    Paylaş