Logo
    main-post-cover

    Xiaomi 14T və Xiaomi 14T Pro smartfonlarının yeni render fotoları təqdim edilib

    Cihazlar+
    13.09.2024
    Emil
         Xiaomi şirkəti aktiv şəkildə Xiaomi 14T smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən smartfon seriyası artıq bu ayın sonunda təqdim edilə bilər. Bu seriyaya iki model daxil olmalıdır. Xiaomi 14T və Xiaomi 14T Pro. İndi isə insayderlər Xiaomi-nin təqdimata hazırlaşan bu yeni smartfonunun yeni render fotolarını təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən adi Xiaomi 14T modeli Lemon Green, Titan Gray, Titan Blue və Titan Black adlı gövdə rənglərinə, Xiaomi 14T Pro modeli isə Titan Gray, Titan Blue, Titan Black adlı gövdə rənglərinə sahib olacaq.
         Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Xiaomi 14T modeli 12 GB RAM-ı və 256 GB daxili yaddaş həcmini, Xiaomi 14T Pro modeli isə 12 GB RAM-ı və 512 GB daxili yaddaş həcmini əldə edəcək. Gözləntilərə əsasən hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü AMOLED ekranı əldə edəcək. Adi Xiaomi 14T modelinin MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modelinin isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı gözlənilir.
     
    Paylaş