
Xiaomi 15 ilə Xiaomi 15 Pro-nun kütləvi istehsalı sentyabr ayı üçün planlaşdırılır
Cihazlar+
29.02.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi-nin bu ilin ikinci yarısında təqdim edəcəyi Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarının hansı hazırlanma mərhələsində olduqlarından xəbər verib. İnsayderin sözlərinə əsasən sözügedən smartfonlar aprel ayında yeni test mərhələsinə keçid edəcəklər. Həmin vaxta kimi isə smartfonların bəzi texniki göstəriciləri şirkət tərəfindən artıq dəqiqləşdiriləcək. İnsayder bildirib ki, Xiaomi 15 smartfonlarının kütləvi istehsalatlarına sentyabr ayında start veriləcək. Onların təqdimatları isə oktyabr ayı üçün gözlənilir. Qeyd etmək lazımdır ki, oktyabr ayında həmçinin Snapdragon Summit tədbiri keçiriləcək və həmin tədbir çərçivəsində Snapdragon 8 Gen 4 prosessoru təqdim ediləcək. Çox güman ki, Xiaomi 15 smartfonları məhz Snapdragon Summit-dən bir neçə gün sonra təqdim olunacaqlar.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
