
Xiaomi 15-in batareya həcmi barəsində məlumat verilib
Cihazlar+
25.12.2023
Emil
Xiaomi 14 smartfonlarının satışa çıxmalarından qısa müddət keçməsinə baxmayaraq artıq indidən Xiaomi 15 smartfonları barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Qeyd etmək lazımdır ki, Xiaomi 15 smartfonlarının gələn ilin payız fəslində təqdim olunacaqları gözlənilir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonların batareyaları barəsində məlumat verib.
İnsayderin sözlərinə əsasən Xiaomi hal-hazırda yeni silisium-karbon batareyaların testlərini aparır və gələn ilin ikinci yarısında təqdim olunacaq flaqman smartfon onların hesabına 5300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 90 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Çox güman ki, söhbət, ya Xiaomi 15-dən ya da Xiaomi 15 Pro-dan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfonu 4610 mAh, Xiaomi 14 Pro smartfonu isə 4880 mAh enerji tutumlu batareyaya sahibdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
