
Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
Cihazlar+
01.08.2024
Emil
İnsayderlər yaxın aylar ərzində təqdim ediləcək Xiaomi 15 smartfonunun texniki imkanları barəsində məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi 15 smartfonu 6.36 düym ölçülü ekranla təchiz olunacaq. Çox güman ki, bu, OLED ekran olacaq və o, 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
Bundan əlavə olaraq smartfon 5200 mAh enerji tutumlu batareyanı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfonu 4610 mAh enerji tutumlu batareyaya sahibdir. İnsayderlər bildiriblər ki, kameralar mövzusunda Xiaomi 15 özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Qeyd etmək lazımdır ki, smartfonun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Xiaomi 15-in Xiaomi 15 Pro ilə birlikdə oktyabr ayında təqdim olunacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
Xiaomi SU7-nin qlobal bazarda satışa çıxma ehtimalı var
Xiaomi şirkətinin CEO-su Lei Jun hal-hazırda Fransada keçirilən Olimpiya oyunları 2024-ə baş çəkib və orda şirkət pərəstişkarları ilə yaxından ünsiyyətdə olub.

Cihazlar+
Təqdimatdan 1 gün öncə POCO M6 Plus 5G-in bəzi texniki imkanları təsdiqlənib
Xiaomi-nin POCO brendi artıq sabah POCO M6 Plus 5G smartfonunu təqdim edəcək. Təqdimatdan bir gün qabaq isə bu yeni smartfonun bəzi özəllikləri rəsmi şəkildə təsdiqlənib.

Cihazlar+
Xiaomi Smart Band 9 qlobal bazarda satışa çıxmağa hazırlaşır
Xiaomi şirkəti bir neçə müddət bundan öncə Çində Smart Band 9 adlı qolbağını təqdim etmişdi. İndi isə sözügedən smart qolbaq qlobal bazarda satışa çıxmağa hazırlaşır.

Cihazlar+
Büdcəli Redmi Pad SE 4G planşeti təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin Redmi brendi öz yeni büdcəli planşetini təqdim edib. Söhbət, Redmi Pad SE 4G-dən gedir.

Cihazlar+
Xiaomi daha 11 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısına daha 11 smartfonu əlavə edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
