
Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
Cihazlar+
03.09.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder yaxın zamanda təqdimatı gözlənilən Xiaomi 15 smartfonunun yeni render fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. Fotoya əsasən söyləmək olar ki, keçən ilki Xiaomi 14 ilə müqayisədə Xiaomi 15 modeli daha nazik ekran ətrafı çərçivələri əldə edəcək. Digər dizayn elementlərində isə heç bir dəyişiklik olmayacaq. Belə ki, Xiaomi 15 smartfonu həmin yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində dairəvi formalı kiçik çıxıntı yerləşəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi 15 smartfonu 1.5K keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
