main-post-cover

    Xiaomi 15 Pro 5000 mAh-dan daha böyük həcmli batareyanı əldə edə bilər

    Cihazlar+
    22.07.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder payız fəslində təqdim ediləcəyi gözlənilən Xiaomi 15 smartfon seriyasına daxil olacaq Xiaomi 15 Pro barəsində yeni məlumatı təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş məlumat bu smartfonun batareyasını əhatə edir. Beləliklə Digital Chat Station bildirib ki, Xiaomi hal-hazırda Xiaomi 15 Pro-nun 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahib prototipini test edir.
         Lakin Xiaomi 15 Pro-nun final versiyasının bu qədər həcmdə batareyanı əldə edib-etməyəcəyi məlum deyil. İnsayderin sözlərinə əsasən hər şey testlərdən asılıdır. Əgər testlər uğurla yekunlaşsa, Xiaomi 15 Pro-nun 6000 mAh enerji tutumlu batareyanı əldə etmə şansı yüksək olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 15 Pro-nun üstəlik Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı və özündə 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi SU7 Ultra idman elektromobili təqdim edilib
    xiaomi-su7-ultra-idman-elektromobili-teqdim-edilib
    Xiaomi Smart band 9 qolbağı təqdim edilib - QİYMƏTİ
    xiaomi-smart-band-9-qolbagi-teqdim-edilib-qiymeti
    Redmi K70 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-k70-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti
    Qatlana bilən qapaqlı Xiaomi MIX Flip təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-qapaqli-xiaomi-mix-flip-teqdim-edilib-qiymeti
    Qatlana bilən Xiaomi MIX Fold 4 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-xiaomi-mix-fold-4-teqdim-olunub-qiymeti