
Xiaomi 15 Pro ən nazik ekran ətrafı çərçivəni əldə edəcək smartfon olacaq
Cihazlar+
05.03.2024
Emil
Bu ilin ikinci yarısında təqdim olunacaq Xiaomi 15 Pro Snapdragon 8 Gen 4 prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq. Lakin bu, smartfonun yeganə fərqləndirici özəlliyi olmayacaq. Belə ki, o, maksimal dərəcədə nazik ekran ətrafı çərçivəyə sahib dizaynı ilə də seçiləcək. İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi 15 Pro smartfonu 0.6 mm-lik qalınlığa sahib ekran ətrafı çərçivəni əldə edəcək. Bu, iPhone 15 Pro-nun ekran ətrafı çərçivəsinin qalınlığından (1.55 mm) 3 dəfə nazikdir. Bununla yanaşı Xiaomi 15 Pro-nun daha bir özəlliyi ondan ibarət olacaq ki, onun ekranı ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanını əldə edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 15 Pro adi Xiaomi 15 ilə birlikdə payız fəslində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
