main-post-cover

    Xiaomi 15 Pro-nun 3 gövdə rəngində fotoları ortaya çıxıb

    Cihazlar+
    07.10.2024
    Emil Nəcəfov
         Xiaomi bu ayın sonuna yaxın Xiaomi 15 Xiaomi 15 Pro smartfonlarını təqdim edəcək. Son zamanlarda bu smartfonlar barəsində yetərincə məlumat ortaya çıxıb. İndi isə Xiaomi 15 Pro-nun 3 gövdə rəngində fotoları təqdim edilib. Təqdim edilmiş fotolara əsasən Xiaomi 15 Pro smartfonu bazara qara, ağ və gümüşü gövdə rəngində satışa çıxacaq. Bundan əlavə olaraq smartfonun xüsusi titan versiyası da gözlənilir.
         Fotolarda smartfonun yalnız arxa paneli əks olunub və görmək olar ki, Xiaomi 15 Pro modeli xarici görünüşcə keçən ilki Xiaomi 14 Pro-ya bənzəyir. Qeyd etmək lazımdır ki, Xiaomi 15 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.78 düym ölçülü AMOLED ekrana sahib olacağı, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacağı, 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacağı və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi istifadəçiləri artıq telefonlarının bootloader kilidini aça bilməyəcəklər!
    xiaomi-istifadecileri-artiq-telefonlarinin-bootloader-kilidini-aca-bilmeyecekler
    Xiaomi 15 Ultra-nın sxematik fotosu ortaya çıxıb
    xiaomi-15-ultra-nin-sxematik-fotosu-ortaya-cixib
    Xiaomi MIX Flip, Xiaomi 14T və Xiaomi 14T Pro smartfonları uzunmüddətli dəstəyə sahib olacaqlar
    xiaomi-mix-flip-xiaomi-14t-ve-xiaomi-14t-pro-smartfonlari-uzunmuddetli-desteye-sahib-olacaqlar
    Xiaomi 15 Pro smartfonu Xiaomi 13 Ultra-nın telekamerasını əldə edəcək
    xiaomi-15-pro-smartfonu-xiaomi-13-ultra-nin-telekamerasini-elde-edecek
    Redmi K80 və K80 Pro smartfonlarının kameraları və prosessorları barəsində məlumat verilib
    redmi-k80-ve-k80-pro-smartfonlarinin-kameralari-ve-prosessorlari-baresinde-melumat-verilib