main-post-cover

    Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb

    Cihazlar+
    04.07.2024
    Emil Nəcəfov
        Xiaomi-nin bu ilin sonunadək təqdim edəcəyi Xiaomi 15 smartfon seriyasına daxil olacaq Xiaomi 15 Pro modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfonun batareya həcmi barəsində məlumat verib. Onun sözlərinə əsasən Xiaomi 15 Pro smartfonu 5400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayder qeyd edib ki, bu smartfonun prototipi 120 vatt gücündə sürətli şarj teexnologiyasının dəstəyinə sahibdir.
         Lakin istisna deyil ki, smartfonun final versiyası 120 vatt əvəzinə 100 vatt gücündə sürətli şarj texnologiyasınmın dəstəyini əldə etsin. Bununla yanaşı smartfon 100 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 14 Pro smartfonu 120 vatt gücündə sürətli şarj texnologiyalı 4880 mAh enerji tutumlu batareyaya sahibdir və özündə 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirir. Xiaomi 15 Pro-nun Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacağı və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
    qatlana-bilen-xiaomi-mix-fold-4-un-keyfiyyetli-render-fotosu-teqdim-edilib
    Redmi Note 14 Pro-nun sahib olacağı fərqli arxa panel dizaynı sərgilənib
    redmi-note-14-pro-nun-sahib-olacagi-ferqli-arxa-panel-dizayni-sergilenib
    Xiaomi 14T Pro smartfonu Camera FV-5 resursunda ortaya çıxıb
    xiaomi-14t-pro-smartfonu-camera-fv-5-resursunda-ortaya-cixib
    Xiaomi-nin elektrikli krossoverinin necə görünə biləcəyi sərgilənib
    xiaomi-nin-elektrikli-krossoverinin-nece-gorune-bileceyi-sergilenib
    Redmi K70 Ultra smartfonu barəsində ilk rəsmi məlumat təqdim edilib
    redmi-k70-ultra-smartfonu-baresinde-ilk-resmi-melumat-teqdim-edilib