main-post-cover

    Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib

    Cihazlar+
    13.08.2024
    Emil Nəcəfov
         Xiaomi-nin yaxın aylar ərzində təqdim edəcəyi Xiaomi 15 smartfon seriyasına minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İndi isə Techhome saytı Xiaomi 15 Pro modelinin ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolarda smartfonun yalnız arxa paneli əks olunub. Render fotolardan da görmək olar ki, Xiaomi 15 Pro bazarda minimum 3 gövdə rəngində satışa çıxacaq.
         Boz, mavi və yaşıl. Render fotolara əsasən smartfonun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera ilə LED işıqlandırma mövcud olacaq. Fotolara əsasən demək olar ki, Xiaomi 15 Pro-nun gövdəsinin kənar hissələri bir qədər əyilmiş dizaynda hazırlanacaq. Qeyd etmək lazımdır ki, bu yeni smartfon Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Smart Band 9-un qlobal versiyasının çıxış tarixi ilə satış qiyməti məlum olub
    xiaomi-smart-band-9-un-qlobal-versiyasinin-cixis-tarixi-ile-satis-qiymeti-melum-olub
    Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
    redmi-brendi-flaqman-imkanlara-sahib-kompakt-olculu-yeni-planset-hazirlayir
    HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
    hyperos-20-kohne-cihazlarda-daha-axici-calisacaq
    Xiaomi Pad 7 planşetləri təqdimata hazırdırlar
    xiaomi-pad-7-plansetleri-teqdimata-hazirdirlar
    Redmi brendi artıq Redmi Turbo 4 üzərində çalışmağa başlayıb
    redmi-brendi-artiq-redmi-turbo-4-uzerinde-calismaga-baslayib