Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar
Cihazlar+
11.06.2024
Emil Nəcəfov
Xiaomi şirkəti payız fəslində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İndi isə Çindən olan mənbələr Xiaomi 15 Pro modelinin kameraları barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 15 Pro smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan hər biri 50 MP-lik olacaq. Əsas arxa kamera özündə 1 düym ölçülü OmniVision OV50K kamera sensorunu birləşdirəcək.
Məlumatda qeyd edilib ki, smartfonun teleobyektivi 3 qat optik zoom özəlliyinə sahib Sony IMX882 kamera sensorundan təşkil ediləcək. Smartfonun ultra geniş bucaqlı obyektivi isə fotoların daha yaxşı çəkiliş keyfiyyətlərini vəd edir. Qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 14 Pro-dakı teleobyektiv özündə Samsung JN1 adlı kamera sensorunu birləşdirir. Ondan fərqli olaraq Xiaomi 15 Pro-da istifadəsi gözlənilən Sony IMX882 kamera sensoru isə enerji sərfiyyatı baxımından daha effektivdir və təsvir miqyasının dəyişimi zamanı daha yaxşı performansı sərgilədiyi düşünülür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi qlobal bazarda yeni smartfonunu təqdim edib. Söhbət, POCO M6-dan gedir. POCO-nun bu yeni büdcəli smartfonu bir neçə gün bundan öncə Çində təqdim edilmiş Redmi 13 4G-nin kopyasıdır.
POCO M6-nın təqdimatı anons edilib
POCO M6-nın təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi özünün POCO M seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6-dan gedir.
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, gələcəkdə özünün insanabənzər robotu CyberOne-u istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır. O, robotlardan elektronika, maşınqayırma, süni intellekt və avtomobil kimi müxtəlif sektorlarda istifadə etməyi düşünür.
POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
POCO M6 Plus 5G-nin fotosu və bəzi texniki imkanları ortaya çıxıblar
Keçən ayın sonunda məlum oldu ki, Xiaomi-nin POCO brendi POCO M6 Plus 5G adlı yeni smartfonunun təqdimatına hazırlaşır. İndi isə sözügedən smartfonun Google Play Console-da ortaya çıxdığı məlum olub.
Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu qlobal bazarda da satılacaq
Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!