
Xiaomi 15 Pro qlobal bazarda satılmaya bilər
Cihazlar+
22.07.2024
Emil
Xiaomi keçən il Çində Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarını, bu ilin əvvəlində isə qlobal bazarda Xiaomi 14-ün qlobal versiyası ilə Xiaomi 14 Ultra-nı təqdim etdi. Yəni Xiaomi 14 Pro modeli eksklüziv olaraq yalnız Çin bazarında satılır. Görünür, bu il təqdim ediləcək Xiaomi 15 smartfon seriyasının da aqibəti oxşar olacaq. Yeni məlumata əsasən Xiaomi 15 smartfon seriyasına 3 model daxil olacaq.
Xiaomi 15, Xiaomi 15 Pro və Xiaomi 15 Ultra. Adi Xiaomi 15 smartfonu 24129PN74C model nömrəsinə və Dada kod adına, Xiaomi 15 Pro smartfonu isə 24101PNB7C model nömrəsinə və Haotian kod adına sahibdir. İnsayderlər bildiriblər ki, Xiaomi 15 və Xiaomi 15 Ultra modelləri qlobal bazarda satışa çıxacaqları halda Xiaomi 15 Pro modeli Xiaomi 14 Pro kimi eksklüziv olaraq yalnız Çin bazarında satılacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 15 və Xiaomi 15 Pro bu ilin payız fəslində, Xiaomi 15-in qlobal versiyası və Xiaomi 15 Ultra isə gələn ilin əvvəlində təqdim olunmalıdırlar.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
