
Xiaomi 15 Pro smartfonu Xiaomi 13 Ultra-nın telekamerasını əldə edəcək
Cihazlar+
01.10.2024
Emil
Xiaomi 23 oktyabr tarixində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İnsayderlər bu dəfə Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumat veriblər. Onların sözlərinə əsasən keçən ilki Xiaomi 14 Pro ilə müqayisədə Xiaomi 15 Pro daha yaxşı telekameranı əldə edəcək. Söhbət, 5 qat optik zoom özəlliyinə sahib Sony IMX858 adlı telekameradan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 14 Pro-nun telekamerası 3.2 qat optik zoom özəlliyinə sahibdir. Həmçinin Sony IMX858 artıq Xiaomi 13 Ultra-da istifadə edilib. Xiaomi 15 Pro smartfonu 50 MP-lik telekameradan əlavə olaraq 50 MP-lik əsas arxa kameranı və 50 MP-lik ultra geniş bucaqlı kameranı da əldə edəcək və o, dəyişkən diafraqmaya sahib olacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Redmi K80 və K80 Pro smartfonlarının kameraları və prosessorları barəsində məlumat verilib
Xiaomi-nin Redmi brendi artıq gələn ay Redmi K80 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya minimum iki model daxil olacaq. Redmi K80 və K80 Pro.

Cihazlar+
Təqdimata hazırlaşan büdcəli POCO C75 smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin POCO brendi POCO C75 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlum olub ki, bu yeni büdcəli smartfon Geekbench testlərindən keçib.

Cihazlar+
Xiaomi Smart Band 9-un qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti qatlana bilən qapaqlı Xiaomi MIX Flip ilə yanaşı daha bir məhsulunun qlobal versiyasını təqdim edib. Söhbət, Xiaomi Smart Band 9-dan gedir.

Cihazlar+
Xiaomi MIX Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti iyul ayında Çində təqdim etmiş olduğu ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi MIX Flip-i qlobal bazarda təqdim edib.

Cihazlar+
Xiaomi 15 smartfonlarının təqdimatı anons edilib
Xiaomi şirkəti Xiaomi 15 smartfon seriyasının təqdimatını anons edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
