
Xiaomi 15 qlobal bazarda iki versiyada satışa çıxacaq
Cihazlar+
29.11.2024
Emil
Xiaomi şirkəti oktyabr ayında Çində Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını təqdim etdi. İndi isə şirkət bu smartfonları qlobal bazarda təqdim etməyə hazırlaşır. Məlum olub ki, adi Xiaomi 15 modeli ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. FCC-nın məlumatlar bazasında Xiaomi 15-in iki versiyası əks olunub.
Birinci versiya 12 GB RAM ilə 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 12 GB RAM ilə 512 GB daxili yaddaş həcminə sahibdir. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, Xiaomi 15-in 16 GB RAM ilə 1 TB daxili yaddaş həcminə sahib versiyası qlobal bazarda satışa çıxmayacaq. Beləliklə smartfonun bu versiyası eksklüziv olaraq Çin bazarı üçün qalacaq. Lakin digər özəlliklər baxımından smartfonun qlobal versiyası Çində satılan versiyadan fərqlənməməlidir. Xiaomi 15 smartfonlarının qlobal versiyalarının bu ilin sonuna kimi və ya gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
