Logo
    main-post-cover

    Xiaomi 15 smartfon seriyasının 3 özəlliyi açıqlanıb

    Cihazlar+
    17.04.2024
    Farid
         Xiaomi bu il Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. Bununla yanaşı artıq məlumdur ki, şirkət sözügedən modelləri test etməyə başlayıb. Digital Chat Station ləqəbli məşhur insayder isə bildirib ki, sözügedən smartfonlar növbəti test mərhələsinə keçid ediblər. Onun sözlərinə əsasən Xiaomi 15 və Xiaomi 15 Pro-nun yeni test mərhələsinə keçid etmiş prototipləri ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyasına və yüksək sıxlığa sahib silisium-karbon batareyalara sahibdirlər. Üstəlik insayder əlavə edib ki, Xiaomi 15 Pro modelinin test olunan prototipi özündə periskop kamera obyektivini birləşdirir. Qeyd etmək lazımdır ki, Xiaomi 15 smartfon seriyası bu ilin ikinci yarısında təqdim olunmalıdır.
    Paylaş