main-post-cover

    Xiaomi 15 smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanıb

    Cihazlar+
    29.08.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti yaxın zamanda Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi 15 smartfonlarının təqdim olunacaqları tarixi açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən şirkət Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını 10 oktyabr tarixində təqdim etməyi planlaşdırır.
         Qeyd etmək lazımdır ki, Xiaomi 15 smartfonları Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaqlar. Məsələ isə burasındadır ki, bu yeni flaqman prosessorun təqdimatı oktyabr ayının sonunda baş tutacaq. Bu isə o deməkdir ki, Xiaomi 15 smartfonlarının 10 oktyabr tarixində təqdim olunacaqları halda onlar noyabr ayının əvvəlində satışa çıxa bilərlər. Digər tərəfdən Xiaomi 15 smartfonları nəticə etibarilə oktyabr ayının sonunda Snapdragon 8 gen 4 prosessorunun təqdimatından sonra təqdim oluna bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib
    xiaomi-15-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
    xiaomi-15-in-ekran-kamera-ve-batareya-gostericileri-aciqlanib
    Xiaomi 15 Pro qlobal bazarda satılmaya bilər
    xiaomi-15-pro-qlobal-bazarda-satilmaya-biler
    Xiaomi 15 Pro 5000 mAh-dan daha böyük həcmli batareyanı əldə edə bilər
    xiaomi-15-pro-5000-mah-dan-daha-boyuk-hecmli-batareyani-elde-ede-biler
    Təqdimata aylar qalmış Xiaomi 15 və Xiaomi 15 Pro-nun tenxiki imkanları ortaya çıxıb
    teqdimata-aylar-qalmis-xiaomi-15-ve-xiaomi-15-pro-nun-tenxiki-imkanlari-ortaya-cixib