
Xiaomi 15 smartfonlarının batareya həcmləri rəsmi şəkildə açıqlanıb
Cihazlar+
25.10.2024
Emil
Xiaomi 29 oktyabr tarixində baş tutacaq Xiaomi 15 təqdimatına aktiv şəkildə hazırlaşmağa davam edir. Bununla belə şirkət Xiaomi 15 smartfonları barəsində rəsmi məlumatları bölüşməyi də unutmur. Bu dəfə şirkət Xiaomi 15 smartfonlarının hansı həcmdə batareyalara sahib olacaqlarını açıqlayıb. Beləliklə Xiaomi tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 15 Pro smartfonu 6100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Adi Xiaomi 15 modelinə gəldikdə isə Xiaomi CEO-su Lu Weibing bildirib ki, onun batareya həcmi 5400 mAh təşkil edəcək. Bu isə keçən ilki adi Xiaomi 14-ün batareya həcmindən 790 mAh daha çoxdur. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi 15-in daha böyük həcmli batareyaya sahib olmasına baxmayaraq onun ölçüsündə o qədər də ciddi fərq yoxdur.


Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
