Logo
    main-post-cover

    Xiaomi 15 smartfonlarının kamera imkanları barəsində təfərrüatlar verilib

    Cihazlar+
    03.06.2024
    Emil
       Xiaomi payız fəslində Xiaomi 15 smartfon seriyasını təqdim etməlidir. Keçən ilki Xiaomi 14 seriyası ilə müqayisədə Xiaomi 15 seriyasında daha təkmilləşdirilmiş foto çəkiliş imkanlarının olacaqları gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 15 smartfonlarının kameraları barəsində təfərrüatları bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən həm Xiaomi 15 həm də Xiaomi 15 Pro böyük diafraqmaya və 1/1.3 düym ölçülü sensora sahib 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Söhbət, OmniVision şirkətinin kamera obyektivindən gedir.
         Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Xiaomi 15 seriyasının smartfonlarının kamera linzaları üzərində nano ALD adlı yeni antiblik örtüyü mövcud olacaq. Sözügedən antiblik örtüyü linzalardakı işıq keçiriciliyini yaxşılaşdırmalıdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Xiaomi 15 Pro modeli periskop teleobyektivi əldə edə bilər. Keçən ilki Xiaomi 14 Pro-da bu cür kamera mövcud deyil. Xiaomi 15 Pro-nun 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunacağı gözlənilir. Bundan əlavə olaraq Xiaomi 15 smartfon seriyası oktyabr ayında təqdim olunacaq Snapdragon 8 Gen 4 flaqman prosessorunu ilk əldə edəcək smartfon seriyası olmalıdır.
    Paylaş