main-post-cover

    Xiaomi 15 smartfonlarının təqdimatı anons edilib

    Cihazlar+
    26.09.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti Xiaomi 15 smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Xiaomi 15 smartfon seriyası 23 oktyabr tarixində təqdim ediləcək. Lakin təqdim edilmiş posterdə daha bir maraqlı məqam qeyd edilib. Belə ki, posterə əsasən Xiaomi 15 smartfonları Snapdragon 8 Elite adlı prosessor vasitəsilə çalışacaqlar. Görünür, gələn ay təqdim olunacaq yeni flaqman Snapdragon prosessoru Snapdragon 8 Gen 4 əvəzinə Snapdragon 8 Elite adını əldə edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 15 seriyasına minimum iki model daxil olacaq Xiaomi 15 və Xiaomi 15 Pro. Xiaomi 15 Ultra-nın isə gələn il təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15-in hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub
    xiaomi-15-in-hansi-gucde-suretli-sarj-texnologiyasini-destekleyeceyi-melum-olub
    Xiaomi 15-in ön panelini əks etdirən yeni render foto təqdim edilib
    xiaomi-15-in-on-panelini-eks-etdiren-yeni-render-foto-teqdim-edilib
    Xiaomi 15 smartfon seriyasının dəqiq təqdimat tarixi açıqlanıb
    xiaomi-15-smartfon-seriyasinin-deqiq-teqdimat-tarixi-aciqlanib
    Xiaomi 15 Pro-nun ilk render fotoları təqdim edilib
    xiaomi-15-pro-nun-ilk-render-fotolari-teqdim-edilib
    Xiaomi 15-in ekran, kamera və batareya göstəriciləri açıqlanıb
    xiaomi-15-in-ekran-kamera-ve-batareya-gostericileri-aciqlanib