
Xiaomi 15 smartfonu Xiaomi-nin flaqman smartfonları arasında ən böyük həcmli batareyanı əldə edə bilər
Cihazlar+
16.12.2024
Emil
Xiaomi şirkəti gələn ilin əvvəlində Xiaomi 15 seriyasına daxil olacaq daha bir flaqman smartfonu təqdim edəcək. Söhbət, Xiaomi 15 Ultra-dan gedir. İndi isə məlum olub ki, gələn ilin əvvəlində təqdim olunacaq bu smartfon Xiaomi-nin flaqman smartfonları arasında ən böyük həcmli batareyanı əldə edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən istehsal prosesi çərçivəsində Xiaomi 15 Ultra-nın texniki imkanları yaxşılaşdırılıb və o, daha böyük həcmli batareyanı əldə edib.
Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş Xiaomi 14 Pro modeli 4880 mAh enerji tutumlu batareyaya sahib olduğu halda bu ilin əvvəlində təqdim edilmiş Xiaomi 14 Ultra modelinin Çin versiyası 5300 mAh enerji tutumlu batareyaya, qlobal versiyası isə 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Bu il təqdim edilmiş Xiaomi 15 Pro smartfonu 6100 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bu isə o deməkdir ki, Xiaomi 15 Ultra smartfonu minimum bu həcmdə və ya ondan daha böyük həcmdə batareyanı əldə edəcək. Bununla yanaşı gözləntilərə əsasən Xiaomi 15 Ultra smartfonu 90 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
