Logo
    main-post-cover

    Xiaomi 15 Ultra-nın arxa panelinin fotosu ortaya çıxıb

    Cihazlar+
    15.11.2024
    Emil
         Xiaomi şirkəti gələn ilin əvvəlində Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. İndi isə internetdə sözügedən smartfonun arxa panelinin daxili hissəsinin fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoya əsasən smartfon təkmilləşdirilmiş dizaynı və yeni kamera elementlərini əldə edəcək. Məlumata əsasən Xiaomi 15 Ultra özündə 1 düym ölçülü 50 MP-lik Sony LYT-900 əsas kamera sensorunu birləşdirəcək. Bu kamera arxa panelin yuxarı sol hissəsində yerləşəcək. Bununla yanaşı smartfon Samsung ISOCELL HP9, Sony IMX858 Samsung ISOCELL JN5 kamera sensorlarını əldə edəcək. Yəni smartfon özündə dördlü arxa kameranı birləşdirəcək. Fotodakı arxa panelin yuxarı hissəsinə diqqətlə nəzər yetirdikdə görmək olar ki, Xiaomi 15 Ultra-nın arxa panelindəki kamera sahəsi dairəvi formada olacaq.
    Paylaş