Logo
    main-post-cover

    Xiaomi 15 Ultra-nın əsas arxa kamerası və təqdimat müddəti barəsində məlumat verilib

    Cihazlar+
    15.10.2024
    Emil
         Xiaomi şirkəti gələn il Xiaomi 15 Ultra smartfonunu təqdim edəcək. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində bu smartfonun əsas arxa kamerası və smartfonun təqdimat müddəti barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi 15 Ultra smartfonu periskop obyektivli (f/2.6 diafraqma, 4.3 qat optik zoom) 200 MP-lik əsas arxa kameranı əldə edəcək. Gözləntilərə əsasən söhbət, Samsung ISOCELL HP9 adlı 200 MP-lik əasas arxa kameradan gedir. Bundan əlavə olaraq insayder bildirib ki, Xiaomi 15 Ultra smartfonu Çin Yeni ili bayramından sonra təqdim olunacaq. Qeyd etmək lazımdır ki, Çin Yeni ili gələn ilin 29 yanvar tarixindən başlayaraq qeyd ediləcək. Çox güman ki, smartfon ya fevral ya da mart ayında təqdim olunacaq.
    Paylaş