main-post-cover

    Xiaomi 15 Ultra-nın hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb

    Cihazlar+
    26.07.2024
    Emil Nəcəfov
         Xiaomi bu ilin sonuna kimi Xiaomi 15 Xiaomi 15 Pro smartfonlarını təqdim edəcək. Lakin gələn il Xiaomi 15 seriyasına daha bir model daxil olacaq. Söhbət, Xiaomi 15 Ultra-dan gedir. İndi isə insayderlər Xiaomi 15 Ultra barəsində yeni məlumatı təqdim ediblər. Təqdim edilmiş məlumat sözügedən smartfonun batareyasını əhatə edir.
         Beləliklə insayderlərin sözlərinə əsasən gələn il təqdim olunacağı gözlənilən Xiaomi 15 Ultra smartfonu 6000 mAh-a yaxın həcmdə batareyanı əldə edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon 90 vatt gücündə sürətli naqilli şarj texnologiyasının dəstəyini və 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Xiaomi 15 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı, Snapdragon 8 Gen 4 prosessorunu və dördlü arxa kameranı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib
    xiaomi-14t-pro-smartfonu-geekbench-testlerinden-kecib
    POCO M6 Plus 5G-nin təqdimatı anons edilib
    poco-m6-plus-5g-nin-teqdimati-anons-edilib
    Büdcəli Redmi 14C smartfonu təqdimata hazırlaşır
    budceli-redmi-14c-smartfonu-teqdimata-hazirlasir
    Xiaomi SU7 Ultra-nın nə zaman satışa çıxacağı rəsmi şəkildə açıqlanıb
    xiaomi-su7-ultra-nin-ne-zaman-satisa-cixacagi-resmi-sekilde-aciqlanib
    Xiaomi 14T Pro-nun kameraları barəsində məlumatlar ortaya çıxıb
    xiaomi-14t-pro-nun-kameralari-baresinde-melumatlar-ortaya-cixib