Logo
    main-post-cover

    Xiaomi 15 Ultra-nın iki özəlliyi məlum olub

    Cihazlar+
    20.12.2024
    Emil
          Xiaomi-nin gələn ilin birinci yarısında Xiaomi 15 Ultra smartfonunu təqdim edəcəyi gözlənilir. Bu smartfon Xiaomi 15 seriyasına daxil olacaq üçüncü smartfon olacaq. İndi isə məlum olub ki, Xiaomi 15 Ultra smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun iki özəlliyi məlum olub. Beləliklə 3C-nin məlumatlar bazası sayəsində məlum olub ki, Xiaomi 15 Ultra smartfonu peyk rabitəsi dəstəyini əldə edəcək.
         Smartfonun məlum olan ikinci özəlliyi isə ondan ibarətdir ki, o, 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.73 düym ölçülü ekranla təchiz olunacaq, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq, özündə dördlü arxa kameranı birləşdirəcək və 5000 mAh-dan daha böyük həcmli batareyaya sahib olacaq.
    Paylaş