
Xiaomi 15 Ultra-nın iki rəngli gövdəyə sahib versiyasının fotosu ortaya çıxıb
Cihazlar+
06.02.2025
Emil
İnternetdə Xiaomi 15 Ultra flaqman smartfonunun iki rəngli gövdəyə sahib versiyasına aid foto yayımlanıb. Foto cihazın arxa panelini detallı şəkildə nəzərdən keçirməyə imkan verir. Bu panel yalnız iki rəngli dizaynı ilə deyil, həm də böyük dairəvi kamera sahəsi ilə fərqlənir. Bu dizayn klassik fotoaparatlardan ilham almış kimi görünür. İki sıraya düzülmüş kameraların yerləşdiyi bu kamera sahəsində Leica loqosu da əks olunub. Yuxarı sırada 200 MP sensor və periskop obyektiv yerləşdirilib. İkinci sıra isə aşağıdakı kameralardan ibarətdir:

- 1 düym-lük əsas kamera
- 50 MP-lik telekamera (qısa fokus məsafəsi ilə)
- 50 MP-lik ultra geniş bucaqlı kamera
Bundan əlavə, məlumdur ki, Xiaomi 15 Ultra Snapdragon 8 Elite prosessoru ilə təchiz olunacaq və Android 15 əsaslı HyperOS 2.0 istifadəçi interfeysinə sahib olacaq. Bununla yanaşı Xiaomi 15 Ultra smartonu 6.73 düym ölçülü OLED ekranı əldə edəcək.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
