main-post-cover

    Xiaomi 15 Ultra-nın mümkün təqdimat müddəti açıqlanıb

    Cihazlar+
    23.08.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti yaxın aylar ərzində Xiaomi 15 Xiaomi 15 Pro-nu, gələn il isə Xiaomi 15 Ultra-nı təqdim etməlidir. İndi isə insayderlər Xiaomi 15 Ultra-nın konkret olaraq hansı ayda təqdim ediləcəyini açıqlayıblar. Beləliklə onların vermiş olduqları məlumata əsasən Xiaomi sözügedən yeni flaqman smartfonunu gələn ilin yanvar ayında təqdim edəcək. Məlumatda qeyd edilib ki, yanvar ayında Xiaomi 15 Ultra ilk növbədə Çində təqdim olunacaq.
         Müəyyən müddətdən sonra isə smartfon üstəlik qlobal bazarda da təqdim ediləcək. Çox güman ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası gələn ilin mart ayının əvvəlində start götürəcək MWC 2025 sərgisində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Xiaomi 15 Ultra smartfonu Quad HD+ keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP-lik əsas arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 Pro-nun vacib texniki özəlliklərindən biri məlum olub
    redmi-note-14-pro-nun-vacib-texniki-ozelliklerinden-biri-melum-olub
    Snapdragon 7s Gen 3 prosessorunu ilk hansı smartfonun əldə edəcəyi məlum olub
    snapdragon-7s-gen-3-prosessorunu-ilk-e
    Yaxın zamanda büdcəli Redmi 14C 4G smartfonu təqdim ediləcək
    yaxin-zamanda-budceli-redmi-14c-4g-smartfonu-teqdim-edilecek
    Redmi K80 Pro-nun ilk render fotosu ortaya çıxıb
    redmi-k80-pro-nun-ilk-render-fotosu-ortaya-cixib
    Xiaomi 15 Ultra smartfonu 3 versiyada təqdim edilə bilər
    xiaomi-15-ultra-smartfonu-3-versiyada-teqdim-edile-biler