
Xiaomi 15 Ultra-nın qlobal versiyası rəsmi şəkildə təsdiqlənib
Cihazlar+
22.01.2025
Emil
Xiaomi-nin prezidenti Lu Weibing reallaşdırmış olduğu video formatlı konfrans çərçivəsində Xiaomi 15 Ultra-nın təqdimatından danışıb. İlk növbədə Xiaomi prezidenti təsdiqləyib ki, təqdimata hazırlaşan Xiaomi 15 Ultra smartfonu qlobal bazarda da satışa çıxacaq. Onun sözlərinə əsasən bu, smartfonun Çində təqdimatından sonra baş verəcək. Xiaomi 15 Ultra-nın Çindəki təqdimatı isə Çin Yeni ilindən sonra baş tutmalıdır.
Smartfonun konkret təqdimat tarixi açıqlanmayıb. Lakin məlumatda qeyd edilib ki, bu, 4 fevral tarixindən tez olmayacaq. Video formatlı konfrans çərçivəsində smartfonun texniki imkanları barəsində məlumat verilməyib. Lakin daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15 Ultra smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli OLED ekranı əldə edəcək və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
