Logo
    main-post-cover

    Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib

    Cihazlar+
    31.01.2025
    Emil
         Xiaomi yaxın zamanda Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. Böyük ehtimal ilə smartfon ilk növbədə Çin bazarında daha sonra isə qlobal bazarda təqdim ediləcək. Məlum olub ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib. Sertifikasiya sənədləri həmçinin cihazın bəzi texniki xüsusiyyətlərini də üzə çıxarıb. Məlumatda qeyd edilib ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası 25010PN30G model nömrəsinə sahibdir və FCC sertifikasiyasında 2AFZZPN30G identifikatoru ilə qeydiyyatdan keçib.
    Sertifikasiya sənədlərinə əsasən, smartfon aşağıdakı xüsusiyyətlərə sahib olacaq:
    - 2G, 3G, 4G 5G şəbəkələrinə dəstək
    - Üç diapazonlu Wi-Fi bağlantısı
    - Bluetooth (BR, EDR, LE) dəstəyi
    - NFC funksiyası
    - Android 15 əsaslı Xiaomi HyperOS 2.0 istifadəçi interfeysi.
        Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15 Ultra smartonu 6.73 düym ölçülü OLED ekranı əldə edəcək, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və özündə 200 MP + 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Çox güman ki, smartfon Çin bazarında fevral ayında təqdim olunacaq. Smartfonun qlobal versiyası mart ayının əvvəlində Barselonada baş tutacaq MWC 2025 sərgisi çərçivəsində təqdim oluna bilər. Qeyd etmək lazımdır ki, Xiaomi sözügedən sərgidə iştirak edəcəyini artıq rəsmi şəkildə təsdiqləyib.
    Paylaş