
Xiaomi 15 Ultra-nın sxematik fotosu ortaya çıxıb
Cihazlar+
03.10.2024
Emil
Xiaomi şirkəti bu ayın sonunda Xiaomi 15 və Xiaomi 15 Pro smartfonlarını, gələn il isə Xiaomi 15 Ultra smartonunu təqdim edəcək. İnternetdə Xiaomi 15 Ultra-nın dizaynını sərgiləyən sxematik foto ortaya çıxıb. Sxematik fotoda smartfon həm ön həm də arxa paneldən əks olunub. Beləliklə fotoya əsasən Xiaomi 15 Ultra smartfonu yastı gövdə və ekran dizaynını əldə edəcək. Onun ekranı üzərində kiçik dairəvi çıxntı, arxa panelində isə böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Bununla yanaşı sxematik fotoda arxa kamera sahəsi üzərində Leica yazısını görmək olar. Bu isə o deməkdir ki, Xiaomi kameralar mövzsunda Leica şirkəti ilə əməkdaşlığını davam etdirəcək. Gözləntilərə əsasən Xiaomi 15 Ultra smartfonu 2K keyfiyyətli ekranla təchiz olunacaq, Snapdragon 8 Elite (Snapdragon 8 Gen 4) prosessoru vasitəsilə çalışacaq və özündə 6000 mAh və ya 6000 mAh-dan daha böyük həcmli batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
