Logo
    main-post-cover

    Xiaomi 15 Ultra-nın təqdimatı rəsmi şəkildə anons edilib

    Cihazlar+
    24.02.2025
    Emil
         Xiaomi şirkəti rəsmi şəkildə Xiaomi 15 Ultra-nın təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş fotolara əsasən Xiaomi 15 Ultra smartfonu 27 fevral tarixində Çində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, smartfonun qlobal versiyası 2 mart tarixində təqdim olunmalıdır. Təqdim edilmiş rəsmi fotolar vasitəsilə Xiaomi 15 Ultra-nın dizaynını qiymətləndirmək olar. Fotolardan da görmək olar ki, Xiaomi 15 Ultra smartfonu ümumilikdə keçən ilki Xiaomi 14 Ultra-ya bənzəyəcək.
         Smartfon yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Fotolarda Xiaomi 15 Ultra-nın qeyri-adi gövdə rənginə sahib versiyası əks olunub. Belə ki, fotolardakı versiyanın gövdəsi iki rəngdədir. Gövdənin böyük hissəsi qara rəngdə, kiçik hissəsi isə ağ rəngdə əks olunub. Bununla yanaşı smartfonun arxa kamera sahəsi üzərində Leica yazısını görmək olar. Bu isə Xiaomi 15-də Leica şirkətinin kamera optikalarından istifadəyə işarə edir. Son məlumat sızıntılarına inansaq, bu yeni smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq.
    Mənbə: Gadgets360
    Paylaş