main-post-cover

    Xiaomi 15 Ultra smartfonu 3 versiyada təqdim edilə bilər

    Cihazlar+
    20.08.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti gələn il Xiaomi 15 Ultra smartfonunu təqdim edəcək. İndi isə internetdə bu smartfon barəsində yeni təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumata əsasən şirkət Xiaomi 15 Ultra-nı 3 versiyada təqdim etməyi planlaşdırır. Birinci versiya şüşə material ilə əhatə olunmuş arxa panelə, ikinci versiya keramik material ilə əhatə olunmuş arxa panelə, üçüncü versiya isə süni dəri ilə əhatə olunmuş arxa panelə sahib olacaq. Son məlumat sızıntılarına əsasən Xiaomi 15 Ultra smartfonu QHD+ keyfiyyətli ekranı əldə edəcək, Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq və 200 MP-lik əsas arxa kameraya sahib olacaq. Bununla yanaşı smartfonun 5000 mAh-dan daha böyük həcmli batareyanı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər
    xiaomi-honor-ve-huawei-ilin-sonuna-kimi-tandem-oled-ekrana-sahib-plansetlerini-teqdim-edecekler
    Qlobal bazarda Redmi Buds 6 Active naqilsiz qulaqlığı təqdim edilib
    qlobal-bazarda-redmi-buds-6-active-naqilsiz-qulaqligi-teqdim-edilib
    Redmi Note 14 Pro-nun ilk render fotosu təqdim edilib
    redmi-note-14-pro-nun-ilk-render-fotosu-teqdim-edilib
    Xiaomi MIX Flip-in qlobal versiyası şirkət saytında ortaya çıxıb
    xiaomi-mix-flip-in-qlobal-versiyasi-sirket-saytinda-ortaya-cixib
    Xiaomi 14T və 14T Pro smartfonları artıq bu ay təqdim oluna bilərlər
    xiaomi-14t-ve-14t-pro-smartfonlari-artiq-bu-ay-teqdim-oluna-bilerler