Logo
    main-post-cover

    Xiaomi 15 Ultra təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.02.2025
    Emil
         Xiaomi Çində rəsmi şəkildə Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etdi. Şirkətin sözlərinə əsasən bu yeni smartfon onun indiyənə kimi təqdim etmiş olduğu Xiaomi Ultra modelləri arasında ən yaxşısıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Xiaomi 15 Ultra xarici görünüşcə keçən ilki Xiaomi 14 Ultra-dan o qədər də fərqlənmir. Lakin Xiaomi 15 Ultra qeyri-adi gövdə rəngləri ilə seçilir. Belə ki, yeni smartfonun iki rəngdən ibarət gövdəyə sahib versiyaları var.
         Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.73 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir. Üstəlik ekran Xiaomi Dragon Crystal Glass 2.0 adlı qoruyucu şüşə ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Xiaomi 15 Ultra, Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP (optik stabilizasiya) + 50 MP (115 dərəcə bucaq əhatəsi) + 50 MP (3 qat optik zoom) + 200 MP (4.3 qat optik zoom) dördlü arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Xiaomi 15 Ultra 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir.Xiaomi 15 Ultra artıq Çində satışa çıxıb və onun qiyməti 909$-dan start götürür. Qeyd etmək lazımdır ki, smartfonun qlobal versiyası 2 mart tarixində təqdim olunmalıdır.
    Mənbə: GSMarena
    Paylaş