Logo
    main-post-cover

    Xiaomi 15 və Xiaomi 15 Pro smartfonları barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    07.12.2023
    Emil
         Xiaomi 14 Xiaomi 14 Pro smartfonlarının 1 aydan bir qədər çox müddət bundan öncə satışa çıxmalarına baxmayaraq Digital Chat Station ləqəbli məşhur insayder onların davamçıları barəsində ilk məlumatları təqdim edib. Söhbət, Xiaomi 15 Xiaomi 15 Pro smartfonlarından gedir. Beləliklə insayder bildirib ki, Xiaomi 15 Pro smartfonu sözün əsl mənasında maksimal dərəcədə nazik ekran ətrafı çərçivəni əldə edəcək. Qeyd etmək lazımdır ki, Xiaomi 14 Pro-da ekran ətrafı çərçivənin qalınlığı 0.9 mm təşkil edir.
         Xiaomi 15 Pro-da isə bu göstərici 0.6 mm təşkil etməlidir. Bununla yanaşı məlumatda qeyd edilib ki, Xiaomi 15 Pro-nun ekranı 2K keyfiyyətli OLED ekran olacaq və onun maksimal parlaqlıq səviyyəsi Xiaomi 14 Pro-nun ekranın maksimal parlaqlıq səviyyəsindən daha yüksək olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 14 Pro-nun ekranının maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir. Adi Xiaomi 15-ə gəldikdə isə insayder bildirib ki, o özündə 1.5K keyfiyyətli 6.36 düym yastı ekranı qoruyub saxlayacaq. Xiaomi 15 smartfon seriyasının gələn ilin payız fəslində təqdim olunacağı gözlənilir.
    Paylaş