Logo
    Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib

    Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib

    Cihazlar+
    08.09.2025
         Xiaomi şirkəti Xiaomi 15T smartfon seriyasının təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən bu yeni smartfon seriyası 24 sentyabr tarixində təqdim olunacaq. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq: Xiaomi 15T Xiaomi 15T Pro. Daha öncəki məlumat sızıntılarına inansaq, Xiaomi 15T modeli MediaTek Dimensity 8400 Ultra prosessoru vasitəsilə, Xiaomi 15T Pro modeli isə Dimensity 9400+ prosessoru vasitəsilə çalışacaq. Hər iki smartfonun 2772x1280 piksel keyfiyyətli 6.83 düym ölçülü OLED ekranla təchiz olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 15T smartfon seriyasının təqdimatı anons edilib