Logo
    main-post-cover

    Xiaomi 16 Pro Max-ın real fotoları ortaya çıxıb

    Cihazlar+
    09.09.2025
    Emil
         Xiaomi yaxın zamanda Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Son məlumat sızıntılarına inansaq, sözügedən seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 16 Pro Max olacaq. İndi isə internetdə Xiaomi 16 Pro Max-ın real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun arxa paneli əks olunub. Görmək olar ki, arxa paneldə düzbucaq formalı bir sahə yerləşəcək, lakin bu sahə tamamilə kamera sahəsi deyil. Belə ki, dairəvi kameralardan əlavə sahənin sağ hissəsi köməkçi ekran funksiyasını yerinə yetirəcək. Xiaomi sonuncu dəfə belə bir xüsusiyyəti Mi 11 Ultra smartfonunda reallaşdırmışdı. Köməkçi ekran sadəcə dekorativ element əvəzinə bildirişlər, selfi fotolar və s. üçün nəzərdə tutulmuş köməkçi element ola bilər.
    Paylaş