Logo
    main-post-cover

    Xiaomi 16 Pro Max superflaqmanı hazırlanır

    Cihazlar+
    29.07.2025
    Emil
         Xiaomi şirkəti bu ilin payız fəslində Xiaomi 16 smartfon seriyasını təqdim etməlidir. Ortaya çıxmış yeni məlumata əsasən bu seriyaya Xiaomi 16 Pro Max adlı superflaqman model daxil olacaq. İnsayderlər bildiriblər ki, Xiaomi 16 Pro Max modeli böyük ölçülü ekranı, innovasiyalı kameraları və böyük həcmli batareyanı əldə edəcək. Məlumata əsasən smartfon 2K keyfiyyətli yastı ekranla təchiz olunacaq. Cihaz özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcək. Onlardan biri 5 qat optik zoom-a sahib periskop teleobyektiv olacaq. İnsayderlərin sözlərinə inansaq, Xiaomi 16 Pro Max 100 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş