Logo
    main-post-cover

    Xiaomi 17-nin rəsmi fotoları təqdim edilib

    Cihazlar+
    23.09.2025
    Emil
         Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 17 smartfon seriyası 25 sentyabr tarixində təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, 17 Pro17 Pro Max. Şirkət hələ keçən həftə Xiaomi 17 Pro və 17 Pro Max modellərinin rəsmi fotolarını təqdim etmişdi. İndi isə şirkət adi Xiaomi 17 modelinin rəsmi fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 17 smartfonu yastı gövdə dizaynını əldə edib. Onun arxa panelində isə kvadrat formalı kamera sahəsi yerləşib. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcuddur. Xiaomi 17 Pro və 17 Pro Max modellərindən fərqli olaraq adi Xiaomi 17-nin arxa panelində köməkçi ekran mövcud deyil. Qeyd etmək lazımdır ki, bütün Xiaomi 17 modellərinin Snapdragon 8 Elite 5 prosessoru vasitəsilə çalışacaqları gözlənilir.
    Paylaş