
Xiaomi 17 Pro modellərindəki köməkçi ekranın necə çalışacağı sərgilənib (VİDEO)
Xiaomi bu ayın sonuna kimi Xiaomi 17 smartfon seriyasını təqdim etməlidir. Artıq məlumdur ki, bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Bundan əlavə olaraq Xiaomi rəsmi şəkildə təsdiqləyib ki, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max modelləri arxa paneldə köməkçi ekrana sahib olacaqlar. İndi isə bu köməkçi ekranın necə çalışdığı ilə bağlı video yayımlanıb. Yayımlanmış videodan da görmək olar ki, köməkçi ekranda müxtəlif vidjetlər əks olunacaq. Buna misal olaraq zamanı və ya musiqi playerini gətirmək olar. Bundan əlavə olaraq köməkçi ekranda daxil olan zəng barədə bildiriş əks olunacaq və istifadəçi daxil olan zəngə cavab verib-verməməyi həmin ekran üzərindən reallaşdıra biləcək. Əsas arxa kamera ilə kombinasiya halında köməkçi ekran selfi fotoların çəkilməsi üçün əla alətə çevrilir.
Paylaş