
Xiaomi 17 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi artıq təsdiqləyib ki, bu ayın sonuna kimi Xiaomi 17 flaqman smartfon seriyası təqdim olunacaq. Bu seriyaya 3 model daxil olacaq: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. İndi isə məlum olub ki, Xiaomi 17 Pro modeli Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Xiaomi 17 Pro-nun prosessoru özündə 6 ədəd 3.63 GHz tezlikli nüvəni və 2 ədəd 4.61 GHz tezlikli nüvəni birləşdirir. Bunlar isə təqdimata hazırlaşan Snapdragon 8 Elite 5 flaqman prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 16-nı əldə edəcək. Beləliklə smartfon Geekbench-in birnüvəli testi çərçivəsində 3096 xal, çoxnüvəli testi çərçivəsində isə 9382 xal toplayıb.

Paylaş