Logo
    main-post-cover

    Xiaomi 17 smartfon seriyasının təqdimat tarixi rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    23.09.2025
    Emil
         Xiaomi şirkəti bir neçə müddət bundan öncə Xiaomi 17 smartfon seriyasının bu ayın sonuna kimi təqdim edəcəyini açıqlasa da, dəqiq təqdimat tarixini elan etməmişdi. İndi isə şirkət bu vəziyyəti dəyişib. Şirkətin rəsmi posterinə əsasən Xiaomi 17 smartfon seriyası 25 sentyabr tarixində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən yeni seriyaya 3 model daxil olacaq: Xiaomi 17, 17 Pro17 Pro Max.
    Paylaş