
Xiaomi 17 Ultra-nın kamera göstəriciləri ortaya çıxıb
Xiaomi keçən ayın sonunda Çində Xiaomi 17 smartfon seriyasını təqdim etdi. Bu seriyaya 3 model daxil oldu: Xiaomi 17, Xiaomi 17 Pro və Xiaomi 17 Pro Max. Lakin gələn il dördüncü model olacaq Xiaomi 17 Ultra-nın təqdim olunacağı gözlənilir. İndi isə HyperOS-in yeni test versiyasının kodunda Xiaomi 17 Ultra-nın kamera göstəriciləri barəsində məlumatlar aşkar edilib. Çin mediasında yayımlanmış kod fraqmentinə əsasən, Xiaomi 17 Ultra modelinin kamera göstəriciləri aşağıdakı kimi olacaq:
- Əsas kamera: OVX10500U (ehtimal ki, “1 düym” ölçülü OmniVision OV50X)
- Ultra geniş bucaqlı: Samsung ISOCELL JN5 (50 MP, 1/2.74)
- Telekamera: Samsung ISOCELL JN5 (50 MP, 1/2.74)
- Periskop: Samsung HPE
- Ön kamera: OmniVision OV50M (50 MP, 1/2.88).
Paylaş