Logo
    main-post-cover

    Xiaomi 3 qat qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    26.08.2024
    Emil
         Huawei şirkətinin yaxın zamanda yeni qeyri-adi qatlana bilən smartfonunu təqdim edəcəyi gözlənilir. Söhbət, 3 qat qatlana bilən smartfondan gedir. Məlumdur ki, bu cür qatlana bilən smartfon üzərində Huawei ilə yanaşı Samsung da çalışır. İndi isə məlum olub ki, 3 qat qatlana bilən smartfonunu həmçinin digər bir məşhur şirkət də hazırlayır. Söhbət, Xiaomi-dən gedir.
         İnsayderlərin vermiş olduqları məlumatda qeyd edilib ki, Xiaomi tərəfindən hazırlanan 3 qat qatlana bilən smartfon şirkətin MIX seriyasına daxil olacaq. Əgər hər şey yolunda getsə, şirkət sözügedən smartfonun prototipini gələn ilin mart ayının əvvəlində baş tutacaq MWC 2025 sərgisində təqdim edə bilər. Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat hələ yoxdur. Huawei-yə gəldikdə, o öz 3 qat qatlana bilən smartfonunu artıq gələn ay təqdim edə bilər. Samsung-un isə belə bir smartfonunu 2025-ci ildə təqdim edəcəyi gözlənilir.
    Paylaş