
Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
Cihazlar+
24.11.2023
Emil
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısına 4 smartfonu daxil edib. Qeyd etmək lazımdır ki, bu siyahıya daxil olan smartfonların dəstəkləri rəsmi şəkildə dayandırılır. Bu dəfə siyahıya əlavə edilmiş smartfonlar Xiaomi və POCO-nu əhatə edirlər. Beləliklə şirkət EOS siyahısına Xiaomi Mi 10T, 10T Pro, POCO X3 və X3 NFC smartfonlarını əlavə edib. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 10T və 10T Pro smartfonları nəticədə MIUI 14 və Android 12-yə kimi yeniləndilər. POCO X3 və X3 NFC modellərinə gəldikdə isə onlar satışa çıxdıqları zaman qutudan Android 11 vasitəsilə çalışırdılar. Nəticədə onlar Android 12-ni və iki MIUI yenilənməsini əldə etdilər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
